Füzuliyə köçürülən ailə mina təhlükəsini görün necə aradan qaldırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Füzuli şəhərinə köçürülən Cəfərovlar ailəsinin üzvləri səyahətə çıxdıqları Xocavənd rayonunun Azıx kəndi yaxınlığında avtomobil yolunun kənarında tank əleyhinə mina aşkar edib.
Onlar bu barədə dərhal müvafiq qurumlara məlumat verib. Hadisə yerinə gələn ANAMA əməkdaşları tank əleyhinə 2 ədəd minanı zərərsizləşdiriblər.
Məhz mina təhlükəsizliyi ilə bağlı aparılan maarifləndirmə tədbirləri Cəfərovlar ailəsinin üzvlərinə mümkün faciənin qarşısını almaq imkanı yaradıb.
Belə ki, ailənin üzvü Xuraman Cəfərova torpaq qatı altında üzəri açılmış iki ədəd yad əşya gördüklərini bildirib. Bu sahədə məlumatlı olduqları üçün onların mina olduğunu dərhal anladıqlarını və təlimlər zamanı öyrəndikləri təlimata uyğun davrandıqlarını deyib. Bu isə böyük bir təhlükənin baş verməsinin qarşısını almağa imkan yaradıb.
#Füzuli teqi istifadə olunub
- XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI
- 100-dən çox idmançı Füzulidə | "Mingəçevir Reqatası-2026" haqqında sakinlər nə düşünür? - Baku TV
- Türkmənistanın Füzulidə inşa etdiyi məscid barədə Sərdar Berdiməhəmmədova məlumat verildi - Baku TV
- İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV
- “Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV
