Pleyeri seçin:

Gədəbəyin Söyüdlü kəndinin sakinləri nəyə etiraz edir?

22 iyun 2023 352 baxış

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində süni gölün yaradılmasına etiraz edən sakinlər Baku TV-yə danışıblar.

Sakinlər kənddə ikinci süni gölün yaradılmasından narazı olduqlarını bildirirlər: “3 il əvvəl Nazirlik qərar çıxardı ki, bu gölün üstü örtülməlidir. Buna baxmayaraq, ikinci gölü açmaq istəyirlər”.

Sakinlər həmçinin qeyd edib ki, kənddə qurulan süni göl xəstəliklərə səbəb olur: “Göl qurulandan etiraz etmişik ki, bura kəndlinin örüş sahəsidir. Ağaclarımızda meyvə yoxdur, cavanlarımızın hamısı xəstəliyə tutulub”.

İki gündür gündəmdə olan bu mövzu ilə bağlı artıq hökumət də hərəkətə keçib. Baş nazir Əli Əsədovun iyunun 21-də imzaladığı sərəncamla Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Komissiyaya rayonun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Baş verənlərlə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da rayonun Söyüdlü kəndinə gedib. Sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib. Kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib. İcra Hakimiyyətinin başçısı göllə bağlı narazılığın həlli ilə bağlı da kənd sakinləri ilə fikirlərini bölüşüb. 

Banner
Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI

Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 352 baxış
Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV

Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 352 baxış
Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 352 baxış
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma hallarına qarşı araşdırmalar aparılır - 24 SAAT

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma hallarına qarşı araşdırmalar aparılır - 24 SAAT

Cəmiyyət
02 noyabr 2026 352 baxış
Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 352 baxış
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 352 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 352 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 352 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 352 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 352 baxış
Seçilmişlər
icon