Gömrük Komitəsində əməliyyatın səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Dövlət Gömrük Komitəsi Aksizli Mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.
Onlar ölkəyə gətirilən istehsal ili 2019 və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.
Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənədin aşkarlandığı bildirilir.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli Mallar İdarəsində dünəndən əməliyyat keçirib. Məlumatı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.
#Dövlət Gömrük Komitəsi teqi istifadə olunub
- Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI
- Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV
