Gömrük Komitəsinə yeni sədr təyinatı
Yeniliklərdən dərhal xəbərdar olun
Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Şahin Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifələrində çalışıb. 2014-cü ildən 2022-ci il iyulun 22-dək Dövlət Gömrük Komitəsi sədrinin müavini, həmin gündən indiyədək isə Komitə sədrinin birinci müavini olub.
#Dövlət Gömrük Komitəsi teqi istifadə olunub
- Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI
- Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV
