Götürüb satıblar, 31 ildir ki, nə içməli suyumuz var, nə də... | Ağstafa sakinlərinin şikayəti
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafanın Xətai kəndinin bir sıra sakinləri susuzluqdan əziyyət çəkirlər.
2 mindən çox əhalisi, 420 təsərrüfatı olan kəndin İrəvanlılar küçəsi kimi tanınan yaşayış massivi uzun illərdir ki, bu problemi yaşayır.
Sakinlər deyirlər ki, suvarma suyunun olmaması səbəbindən həyətlərindəki ağaclar quruyur, içməli suyu isə pulla almalı olurlar.
“Məktəbin yanında artezian quyusu var idi. O, bütün kəndə kifayət edirdi. İndi yaşlı qadınlar araba ilə su daşımaq məcburiyyətində qalıblar”, – deyə şikayətçi narazılıq bildirib.
Dövlət Su Ehtiyyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, içməli su sistemi mövcud olmayan bu ərazidə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.
Suvarma məsələsinə gəldikdə, Regional Su Meliorasiya Xidməti bunun üçün quyudan çəkilən arxların bələdiyyənin balansında olduğunu qeyd edib. Ağstafa rayonunun Xətai kənd bələdiyyəsindən isə məsələ ilə bağlı heç bir mövqe bildirilməyib.
#Ağstafa teqi istifadə olunub
- Ağstafada müəllimlər arasında yaranan mübahisə xəsarətlə nəticələndi - 24 SAAT
- “Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV
- Ağstafada iki nəfər arasında başlayan mübahisənin dəhşətli sonu - Baku TV CANLI
- “İnanmadım ki, Sabir belə iş görə” | Ağstafada faciə | Parkdakı söz-söhbət qanla bitdi - Baku TV
- Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI
