Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - Baku TV
Göyçay şəhər sakini Röyal Nəsrullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək atasından miras qalan evə su çəkdirməkdə çətinlik çəkdiyini bildirib.
O, uzun illərdir yaşadığı evə su çəkdirməyə çalışdığını, lakin bunun mümkün olmadığını qeyd edib:
“Burada 2 minə yaxın ev var, amma heç birinin sənədi yoxdur. O vaxtlar hamı müraciət edirdi, qaz, işıq və kanalizasiya xətləri çəkilmişdi, vətəndaşlar hər şeylə təmin olunmuşdu. Mən də qazı və işığı çəkdirmişəm. İndi isə su çəkdirmək istəyirəm, amma su çəkilmir. Evin sənədini tələb edirlər, sənəd ala bilmirəm. Kanalizasiya və su xətti qapımın ağzındadır, iki ildir qalmışam sənədlərlə yollarda, heç kim mənim işimə baxmır”.
Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, fərdi yaşayış evinə suyun çəkilməsi yalnız evin sənədi və təsdiqlənmiş layihə ilə mümkündür. 2024-cü ildən qüvvəyə minən yeni qaydalara əsasən, bu sənədlər olmadan su çəkilməsi həyata keçirilə bilməz.
Araşdırmalar zamanı məlum olub ki, əslində, problemin səbəbi başqadır və Röyal Nəsrullayev bunu müsahibəsində açıqlamayıb. O, qardaşı ilə eyni mülkdə yaşayır və mülkün bölünməsi zamanı su xətti qardaşı tərəfindən kəsilib.
#Göyçay teqi istifadə olunub
- Göyçayda güclü yanğın | 3 ailənin yaşadığı ev külə döndü - Baku TV
- Göyçayda dəhşətli yanğın | Ev sahibinə 100 mindən çox ziyan dəydi - Baku TV CANLI
- “Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV
- Göyçayda Şirvan suvarma kanalı yarıldı, sahələri su basdı - Baku TV
- Güclü külək və dolu Göyçayda həyatı iflic etdi - Baku TV
