Gözündən yaralansa da, silahı yerə qoymayan qəhrəmanımız Ceyhun Quliyev
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbçimiz gözündən yaralansa da, kefini pozmur, gülərək həmin anı telefonun yaddaşına köçürür. Bu görüntülər Qarabağdakı separatçıların təmizlənməsi məqsədilə Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı qeydə alınıb. Video sosial mediada gündəm olub. Hər kəs tarix yazan bu qəhrəman oğuldan – Ceyhun Quliyevdən danışır.
Qardaşı deyib ki, Ceyhun döyüşə də gülə-gülə gedib: “Sonuncu videosunu sinif yoldaşlarına ondan xatirə qalsın deyə göndərib. Yaralı vəziyyətdə idi, sonunu bilməyib necə olacaq”.
Ceyhun Quliyev 1996-cı ildə Salyan rayonunun Xələc kəndində doğulub. 2012-2015-ci illərdə ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 10 ildən çoxdur hərbi xidmətdə olan hərbçimiz 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror tədbirləri zamanı gözündən, qolundan, sinəsindən və ayağından çoxsaylı qəlpə yaraları alıb. Hazırda qospitalda müalicə olunan hərbçimizin sol gözündəki qəlpə çıxarılıb.
