Gürcüstanda azərbaycanlı şairəyə böyük ehtiram | Dmanisidə tarixi gün
Yeniliklərdən dərhal xəbərdar olun
Qonşu Gürcüstanda Aşıq Pəri Məclisinin yaradıcılarından, 18 kitab müəllifi, şairə Səadət Butanın ev muzeyinin açılışı olub.
Türk dünyasının sevimli şairəsinin ev muzeyi soydaşlarımızın kompakt yaşadıqları Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndindəki doğma evində fəaliyyətə başlayıb.
Tədbir iştirakçıları muzeyə baxış keçirib, milli geyimlərimiz, kəlağayılar, fotoşəkillər, şairənin bu günədək aldığı mükafatlar, müəllifi olduğu kitablar və muzeydə sərgilənən 200-ə yaxın digər eksponatlarla tanış olublar.
Məlumat üçün bildirək ki, şairə Səadət Buta 1951-ci ildə Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndində anadan olub. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən “Şərəf” medalı ilə təltif edilib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
