Pleyeri seçin:

Gürcüstanda kazino sektorunun illik dövriyyəsi nə qədərdir? | Statistika açıqlandı

18 iyun 2025 753 baxış

Azərbaycanda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndirilir. “Lisenziyalar və icazələr haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, bu siyahıya Xəzər dənizinin Azərbaycana mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili də əlavə edilir.

Həmçinin “Dövlət rüsumu haqqında” Qanunda da dəyişiklik edilməsi təklif olunur. Sənədə əsasən, kazino oyunlarının keçirilməsinə görə 340 min manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Maraqlıdır, bu, ölkə iqtisadiyyatına nə qazandıra bilər?

Dünya təcrübəsinə nəzər saldıqda iqtisadiyyatın şaxələndirilməsi üçün müxtəlif sahələrin inkişafına ehtiyac var. Belə sahələrdən biri də turizmdir. Bu baxımdan Azərbaycana gələn turistlərin sayının artması turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını tələb edir.

İqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanın turizm iqtisadiyyatını genişləndirmək üçün böyük potensialı var.

“Kazinoya yalnız oyun kimi baxmaq olmaz. Nəzərə almaq lazımdır ki, kazinolar turizmin inkişafına dəstək verən amillərdəndir”, ‒ deyə o bildirib.

Region ölkələrinə nəzər yetirdikdə məlum olur ki, təkcə qonşu Gürcüstanın 2024-cü ildə kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Qazaxıstanda kazino biznesi də ölkəyə xeyli gəlir gətirir. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.

Həmçinin 2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Hətta Birləşmiş Ərəb Əmirliklərində də uzun illər qadağan olunan kazinoların fəaliyyətinə icazə verilir və 2027-ci ildə ilk kazinonun açılması gözlənilir.  

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 753 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 753 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 753 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 753 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 753 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 753 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 753 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 753 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 753 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 753 baxış
Seçilmişlər
icon