Pleyeri seçin:
Gürcüstanda xanımlarımızın rəsm və əl işlərindən ibarət sərgi keçirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin sərgi salonunda Gürcüstanda yaşayan azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət “Rənglərin Ahəngi” adlı sərgi açılıb.
Sərgidə Azərbaycan qadınlarının, eləcə də uşaqların 35-dən çox rəsm əsəri və Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini və mətbəxini əks etdirən 25-dən çox əl işi nümayiş etdirilib.
Sərgi barədə təəssüratlarını bölüşən rəssam Könül Bayramova deyib ki, öz rəsmləri ilə yanaşı, tələbələrinin də əsərlərinin nümayiş olunması onu daha da sevindirib: “Əsərlərimizdə Azərbaycanın gözəllikləri əks olunub. İnanıram ki, nailiyyətlərimiz gələcəkdə daha çox olacaq”.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
