Pleyeri seçin:

Hansı əməliyyatlar limitli sayda sığorta ilə qarşılanır?

29 avqust 2024 376 baxış

2023-cü ilin avqust ayından bu ilin avqust ayına kimi 145 sayda transplantasiya əməliyyatı icra olunub. Bunlardan 71-i böyrək, 71-i qaraciyər, 3-ü isə sümük iliyi transplantasiyasıdır.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, transplantasiya əməliyyatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl, eyni zamanda dövlət qurumlarının tabeliyində olan müvafiq tibb müssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan Milli Hematologiya və Transfuziologiya Mərkəzində icra olunur.

Əgər pasiyentə orqan çatışmazlığı diaqnozu qoyulubsa, bu halda o, Səhiyyə Nazirliyinin tabeliyində olan “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə yönəldilir.

Mərkəz vətəndaşdan müəyyən sənədləri toplayır və ehtiyac olduğu halda donor orqanlarının saxlanılması, idxalı, ixracını həyata keçirən müvafiq tibb müəssisələrindən birinə yönləndirir. Bu halda vətəndaşın tibb müəssisəsini və həkimi seçmək hüququ var.

Qeyd olunub ki, transplantasiya əməliyyatında həm donorun, həm də resepiyentin əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Stasionarda yatış, dərman, qan və qan komponentləri, tibbi sərf, müəyyən instrumental və laborator müayinələr icbari tibbi sığorta hesabına ödənişsiz icra olunur.

İcbari tibbi sığortanın Xidmətlər Zərfində transplantasiya əməliyyatlarına illik limit tətbiq olunub. Qaraciyər üzrə 100, böyrək 150, sümük iliyi üzrə isə 20 əməliyyat müəyyən olunub.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 376 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 376 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 376 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 376 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 376 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 376 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 376 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 376 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 376 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 376 baxış
Seçilmişlər
icon