Pleyeri seçin:

Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV

07 iyul 2026 296 baxış

"Azərbaycan Hava Yolları"nın iyulun 6-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

AZAL-ın məlumatına əsasən, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər", – AZAL-dan bildirilib.

Banner
Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV

“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI

Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV

13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV

Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV

Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 296 baxış
Seçilmişlər
icon