Hara getsəm də, doğma vətənim Qərbi Azərbaycandır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun 22 İyul – Milli Mətbuat Günü ərəfəsində müsahibi “Sovet Ermənistanı” qəzetində baş redaktorun müavini işləmiş qocaman jurnalist Allahyar Rəhimov olub.
O, Qərbi Azərbaycanda ötən əsrin əvvəllərində və sovetlər birliyi dövründə yaradılan mətbuat orqanlarından, bu qəzetlərin fəaliyyətindən söhbət açıb: “Görkəmli publisist, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin sorağı İrəvan şəhərinə və azərbaycanlılar yaşayan bir çox bölgələrə gedib çatıb”.
A.Rəhimov deyib ki, o dövrdə İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni həyatın önündə gedən İrəvan ziyalıları milli mətbuatımızın ilk qaranquşu sayılan “Əkinçi” ilə əməkdaşlıq etməklə bərabər, özlərinin mətbuat orqanlarını da təsis ediblər: “İrəvan ziyalıları ayrı-ayrı vaxtlarda özlərinin qəzet və jurnallarını dərc etdiriblər. “Lək-lək”, “Burhani həqiqət” jurnallarını, “Kommunist”, “Zəngi”, “Sovet Ermənistanı” qəzetlərinin adlarını qeyd edə bilərik. Bu mətbuat orqanlarını yaratmaqla İrəvan ziyalıları xalqın maariflənməsi istiqamətində böyük işlər görmüşdülər”.
Onun sözlərinə görə, Qərbi Azərbaycanda mətbu orqan təsis edən, eləcə də İrəvandakı qəzet və jurnallarda fəaliyyət göstərən ziyalılar daim ermənilərin təqibləri, təzyiqləri, təhdidləri ilə üzləşiblər:
“Ermənilər istəmirdilər ki, azərbaycanlılar arasında savadlılıq yüksək səviyyədə olsun. Ona görə də maarifpərvər ziyalıları, o cümlədən qəzet və jurnallarda çalışan mətbuat nümayəndələrini təqib edir, onlara müxtəlif vasitələrlə təsir göstərir, hətta qətlə yetirirdilər. Ötən əsrin əvvəllərində İrəvanda nəşr olunan qəzet redaksiyalarının yandırılması, əməkdaşlarının öldürülməsinə dair faktlar deyilənlərə əyani misaldır.
Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvanda çap olunan azərbaycan dilli mətbuat orqanları sırasında ən populyarı “Sovet Ermənistanı” qəzeti idi. Milli siması ilə yadda qalan bu mətbuat orqanında Azərbaycan ziyalıları çalışırdılar. Hətta bu dövrdə də erməni şovinizmi həm qəzetlərin, həm də azərbaycanlı yazarların fəaliyyətinə müdaxilələr edir, ayrı-seçkiliyə məruz qoyurdular”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
