Pleyeri seçin:

Hava limanı və Xırdalana dəmiryol xətti çəkiləcək

08 yanvar 2024 491 baxış

2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, o cümlədən Biləcəri stansiyası ilə Mərkəzi Bakı Stansiyası arasında Şimal-Cənub istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi və Sumqayıta qədər uzanan xəttin üzərində Xırdalan ərazisində yeni stansiyanın inşası nəzərdə tutulur.

Bu barədə məlumat Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair baş planında qeyd olunub.

Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının yaradılması nəzərdə tutulur.

Bunlarla yanaşı, dəmiryol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılması üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur.

Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryolu dəhlizinin yaradılması planlaşdırılır.

Yekunda 2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol şəbəkəsində stansiyaların sayının 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.

Banner
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 491 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 491 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 491 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 491 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 491 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 491 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 491 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 491 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 491 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 491 baxış
Seçilmişlər
icon