Hava limanında nasazlıq baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 18-i səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq yaşanıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Sıxlığın yaranmasına səbəb Dövlət Sərhəd Xidmətinin pasport nəzarət sistemində problem yaranması olub. Bu səbəbdən vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr yaranıb.
Sərnişinlər sistemin bir neçə saat donmasına baxmayaraq, onlara heç bir məlumatın verilmədiyini bildirib. Həmçinin təyyarə reyslərində də gecikmələrin olduğu deyilir.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən bildirilib ki, martın 18-də “İAMAS” sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb. Operativ olaraq həyata keçirilən tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
