Həkim minaya düşən şəxsin vəziyyətini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub".
Bunu Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Rasim Abdullayev Ağdamda minaya düşən sakin barəsində deyib.
Həkim bildirib ki, xəstə hazırda əməliyyatdadır:
"Bu gün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilib.
Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. İlkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Hal-hazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Qeyd edək ki, martın 3-də 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
