Heydər Əliyevin mühafizəçisi daha nələr danışdı?
“1974-cü ildə məndən soruşdular ki, harada işləmək istəyərsən? Dedim ki, Heydər Əliyevin cangüdəni olmaq istəyirəm”.
Bunu Baku TV-yə müsahibəsində ümummilli lider Heydər Əliyevin şəxsi mühafiziçisi Mahir Musayev deyib.
O,1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Mahir Musayev 1992-ci ildə Prezidentin Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb: “1991-ci ilin dekabrında Türkiyəyə tətilə getdim. Gələndən sonra zəng etdim şöbəyə, dedilər ki, sən daha burada işləmirsən, Prezident Aparatında işləyirsən”.
Ulu öndərlə xatirələrindən, səmimi anlarından danışan M.Musayev Heydər Əliyevə qarşı edilən sui-qəsd cəhdindən də bəhs edib.
#Heydər Əliyev teqi istifadə olunub
- "Bu, Azərbaycan xalqına hörmətsizlikdir" | Zaxarovanın açıqlamasına XİN-dən reaksiya - Baku TV
- Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ziyarət edildi
- Prezident və xanımı Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi
- Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib - Baku TV
- "Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA
