Hospitaldan qaçıb könüllü döyüşə getdi | Qalıqları tapılan İsmayıl Xəlilovun dəfni
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 il sonra aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş İsmayıl Anatoli oğlu Xəlilovun nəşi ailəsinə təhvil verilib.
Şəhidin nəşi mərhumun ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Səbail rayonundakı evinə gətirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin qardaşı İ.Xəlilovun Ağdərə döyüşlərində həlak olduğunu bildirib:
"Qardaşım 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ürək nahiyəsindən yaralanıb. Dörd ay xəstəxanada müalicə aldıqdan sonra oradan qaçaraq könüllü şəkildə yenidən döyüşlərə qatılıb. Qəhrəmancasına həlak olub”.
Şəhid Mehdiabad qəsəbəsində, valideynlərinin məzarının yanında dəfn olunub.
