Pleyeri seçin:
I Qarabağ müharibəsinin itkin şəhidi Suraxanıda dəfn olundu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynovla vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Kopyalandı
#Birinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- Birinci Qarabağ müharibəsinin şəhidlərinin nəşi torpağa tapşırıldı - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
