İcra başçısı şəhid ailələri ilə görüşdü I İsmayıllıda yekun tədbir
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda ilin yekunlarına dair tədbir keçirilib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, idarə, müəssisə, rəhbərləri, ictimaiyyət nümayəndələri və müxtəlif müsabiqə qalibləri iştirak ediblər. İcra başçısı Nahid Bağırov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində 2023-cü il Azərbaycan xalqı üçün qələbə ili olub.
Sonra bir qrup ictimaiyyət nümayəndəsi, müsabiqə qalibləri ümumrayon tədbirlərinin təşkilatçılığında göstərdiyi köməyə və səmərəli iştirakına, həmçinin il ərzində səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə mükafatlandırılıb.
Tədbirin 2-ci hissəsi şəhid ailələrinə, şəhid övladlarınə, o cümlədən aztəminatlı ailələrin övladlarına həsr olunub. "Qış nağılı" adlı əyləncəli tamaşa nümayiş etdirilib. Şaxta baba və Qar qız azyaşlıların alqışları ilə qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, əyləncəli anlar yaşadıb.
Bayram şənliyində körpələr üçün müxtəlif səhnəciklər nümayiş olunub. 300 -dən çox uşağa bayram sovqatı paylanılıb.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
