İcra başçısı şənlikdə sakinləri təbrik etdi | Xaçmazda Novruz ənənələri
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər parkında Novruz bayramı ilə əlaqədar tədbir təşkil edilib.
Bayram tədbirində icra başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, bahar mövzusunda sərgilər nümayiş etdirilib. İdmançıların çıxışları, Keçəllə Kosanın məzəli əhvalatları, Bahar qızının təbriki sakinlərə xoş ovqat bəxş edib.
İcra başçısı Elnur Rzayev sakinləri bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. O, dostluq, həmrəylik və bolluq rəmzi olan Novruzun hər zaman təntənə ilə qeyd edildiyini, bayramın elimizə, süfrələrimizə xeyir-bərəkət və ruzi gətirdiyini qeyd edib.
Novruz şənliyi geniş bayram konserti ilə davam edib.
#Xaçmaz RİH teqi istifadə olunub
- Xaçmazın icra başçısı görülən işlər barədə geniş məlumat verib - Baku TV
- Xaçmazda ali məktəbə qəbul olan şəhid övladları və 600-dən yüksək bal toplayan məzunlarla görüş
- Xaçmazda keçirilən maraqlı festivalda izdiham yaşandı | Tədbirin əsas məqsədi açıqlandı
- Xaçmazda keçirilən şaftalı festivalından görüntülər
- Media nümayəndələrinə hədiyyə verildi | Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi
