Pleyeri seçin:

İctimai simalar tənqid atəşinə tutuldu | Rusdilli ziyalılar bu məsələdə susmaqda haqlıdırlarmı?

04 iyul 2025 759 baxış

Son günlər xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor Ayaz Salayev, deputat Polad Bülbüloğlu və aktyor Bəhram Bağırzadə kimi tanınmış ictimai simalar Rusiyada baş verən olaylara reaksiya vermədiklərinə görə sərt tənqidlərə məruz qalıblar.

Bu cür yanaşma tərzi həm mediada, həm də sosial şəbəkələrdə geniş dəstək qazanıb. İctimaiyyət onlardan Rusiyanın azərbaycanlılara qarşı sərgilədiyi münasibətə fikir bildirmələrini tələb edir.

Rusdilli ziyalılar bu məsələdə susmaqda haqlıdırlarmı? Onları baş verənlərə münasibət bildirmədiklərinə görə tənqid etmək nə dərəcədə doğrudur?

Kinorejissor Ayaz Salayev “Globalinfo.az”a açıqlamasında onu tənqid edənlərə haqq qazandırıb:

“Haqlıdırlar, ictimaiyyətin iradını qəbul edirəm. Doğrudan da, biz daha aktiv olmalıyıq. Ruslar hər zaman başqa millətlərə yuxarıdan aşağı baxıblar. Hətta Almaniyada yaşayan rus dostum da öz ölkəsini qəbul etmir. Deyir ki, Rusiya Stalin dövründən də qəddar dönəmini yaşayır, yeni nəslin daha pis olacağını vurğulayır.

Moskva öz çirkin əməlinə bu gün başlamayıb, müstəqillik dövründən öncə də bizə qarşı pis münasibətləri olub. Hələ İkinci Dünya müharibəsi dönəmində azərbaycanlı əsgər rus dilini bilmədiyi üçün güllələnib. Mən də imkan daxilində onlarla mübarizə aparmışam”.

Ayaz Salayev 8 il Rusiyada təhsil aldığını bildirib:

“Məni müəllim kimi də orada saxlamaq istəsələr də, Bakıya qayıtmağı seçdim. Geri gəlmək səbəblərimdən biri millətçiliyə dözə bilməməyim idi. Bir neçə il əvvəl Rusiyanın bizə qarşı apardığı informasiya savaşı haqda film çəkmək niyyətim olsa da, şərait yaranmadı. İndiki vəziyyət göstərir ki, bizim artıq səbir kasamız dolub. Bundan sonra Rusiya ilə münasibətimiz isti olmayacaq. Biz heç onlarla əsl dost da deyilik, sadəcə, qonşu ölkəyik”.

Kopyalandı
Banner
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 759 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Cəmiyyət
07 noyabr 2026 759 baxış
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 759 baxış
Seçilmişlər
icon