II Qareginə nə təklif edildi? - Allahşükür Paşazadədən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün ermənilərin katolikosu II Qaregin mövqeyini dəyişərsə və Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edərsə, onu dini liderlərin bu ilin sonunda Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazı qılınandan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, erməni kilsəsi Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmək istəmir: “Hazırda erməni kilsəsi iftiralar yayır, revanşizmi təbliğ edir. Ümid edirəm ki, heç kim bu iftiralara uymayacaq. Erməni kilsəsi bu gün xarici havadarlarının sifarişi ilə işləyir. Əgər kilsə mövqeyini dəyişərsə, II Qaregini dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik”.
#II Qaregin teqi istifadə olunub
- Ermənistanda böhran dərinləşir | Qaregin məhkəmə qarşısında - Baku TV CANLI
- Nikol Paşinyan II Qaregin və erməni kilsəsi ilə bağlı planını açıqladı
- Erməni kilsəsi ilə hakimiyyət üz-üzə: İkinci Qareginə qarşı yeni cinayət işi hazırlanır? - Baku TV
- Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında gərginlik yeni mərhələyə keçib - Baku TV CANLI
- Dindarlar Paşinyanın yaydığı bəyanatdan inciyib? | Deputatdan açıqlama
