Pleyeri seçin:

İndi həsrət hissi ölüb | Şair Altay Yaşara görə sevginin düsturu necədir? - O VAXTLAR

13 sentyabr 2024 472 baxış

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında şair Altay Yaşar sevgi və dostluq münasibətlərindən söz açıb.

Şair eşqi əlçatmaz adlandırıb:

“Eşq, sevgi, məhəbbət bəzi qonşu xalqlarda bir sevgi anlamını daşıyır, amma bizim lüğətimizdə ədəbiyyatımızın zənginliyi səbəbindən eşqə ayrı status veririk. Eşq, ümumiyyətlə, sevginin ən üstün mərhələsidir. Mən üstəgəl sən sevgiyə bərabərdir. Eşqin düsturunda isə mən yoxdur. Eşq özündən keçib səndə yaşamaqdır”.

Altay Yaşarın sözlərinə görə, həsrət hissi öldüyü üçün sevgilərin təməli böyük olmur:

“Əvvəllər insan insanın heç şəklini tapa bilmirdi. O qədər sevgisini ilahiləşdirirdi ki, həmin sevgi ona ayrı bir enerji verirdi və onun dalınca düşə, yaşada bilirdi. Həmin əlçatmazlıq onu daha da sevgisinə bağlayırdı. İndi hər şey açıq-aydındır. Kim nə vaxt istəyirsə, telefonda sevgilisinin harada oturduğunu, yemək yediyini görə bilir. Həsrət hissi azaldıqca sevgidə bağlantılar zəifləyir. Sevən insan ziyansız olur, bağışlaya bilir, gözü parıldayır, daxilində kin hissini öldürmüş olur. Sevgi eşqin ilkin mərhələsi kimidir, görməklə sevirsən. Qəlbən, ruhən sevmək isə artıq eşqdir”.

A.Yaşar vurğulayıb ki, darıxmaq münasibətin ən gözəl tərəfidir:

“Ümumiyyətlə, insanı ondan xəbərsiz sevəcək, onun olmadığı yerdə dəyərli biləcəksən. Yatanda, öləndə, zindanda, fərqi yoxdur. Bir insana yanında hörmət etmək deyərdim ki, heç lazım da deyil. Əgər gücün varsa, yoxluğunda ona hörmət et”.

Banner
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 472 baxış
Seçilmişlər
icon