“İndiki 70 yaşlı qocalar…” | İsmayıl Çayçıoğlu kişilərin bu hərəkətini qınadı | O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Maştağa sakini İsmayıl Çayçıoğlu olub.
Proqramda o, televiziyalardakı bayağı verilişlərdən gileylənib:
“Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur. Artıq nə izləyəcəyini bilmirsən. Kişilər efirə gəlib həyat yoldaşlarını axtarır, 18 dəfə ərə gedən biri ailə dəyərlərindən danışır. Bu tip verilişlərdən insanın ürəyi bulanır. Ən pisi isə odur ki, bunlara baxanlar çoxluq təşkil edir”.
O həmçinin yaşlı nəslin gəncləri qınamasından danışıb və bunun doğru olmadığını söyləyib.
“İndi qocalar “bizim dövrümüzdə gənclər başqa cür idi” deyirlər. Amma bir məqamı unudurlar ki, o vaxtlar heç qocalar da indiki kimi deyildi. Köhnə zəmanənin yaşlıları əba, uzunqol köynəklə gəzərdilər. Günümüzdə özləri müasir geyim tərzinə uyğunlaşsalar da, gəncləri bu mövzuda qınayırlar. Belə etmək doğru deyil”, ‒ deyə Maştağa sakini bildirib.
#Maştağa qəsəbəsi teqi istifadə olunub
- "Heç olmasa, "qrabel" töksünlər..." | Maştağanın yol problemi niyə həllini tapmır? - Baku TV
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Maştağada dəhşətli hadisə | Qohumlar bir-birinə niyə düşmən oldu? - 24 SAAT
- "Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV
- Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
