Pleyeri seçin:

İran ilə bağlantı yolun və Araz çayı üzərində körpünün tikintisi

18 yanvar 2024 780 baxış

Azərbaycan Respublikası Prezidentinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.

Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1-ci dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir.

Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir. Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamət üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.

“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək.

Tikiləcək avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrini təşkil edəcək.

Banner
Paytaxt küçələrində bayram ab-havası | Hərbi orkestrlərin müşayiəti ilə yürüş - Baku TV

Paytaxt küçələrində bayram ab-havası | Hərbi orkestrlərin müşayiəti ilə yürüş - Baku TV

Cəmiyyət
09 noyabr 2026 780 baxış
"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey  etmək düz deyil" - Baku TV

"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey etmək düz deyil" - Baku TV

Cəmiyyət
09 noyabr 2026 780 baxış
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 780 baxış
"Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" | Sənətçinin şah əsərinə çatmağını istəməzdim

"Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" | Sənətçinin şah əsərinə çatmağını istəməzdim

Cəmiyyət
09 noyabr 2026 780 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 780 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 780 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 780 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 780 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 780 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 780 baxış
Seçilmişlər
icon