İranda doğulan azərbaycanlı uşaq Baycan adını aldı
Yeniliklərdən dərhal xəbərdar olun
“İki ay davam edən mübarizə və məhkəmə prosesindən sonra təbrizli valideynlər oğullarına “Baycan” adına kimlik sənədi almağa nail olublar”.
Bu barədə Baycanın atası Ramin Cəbraili məlumat verib. O, Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin türk mənşəli ada sənəd verməkdən imtina etməsindən sonra məhkəməyə müraciət etdiyini yazıb.
Cəbraili uzun məhkəmə prosesindən sonra oğluna verdiyi ada görə kimlik sənədi verilməsi barədə qərar çıxarıldığını bildirib.
Qeyd edək ki, ölkənin Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinə görə, siyahıda olmayan adlar əcnəbi ad hesab olunur və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
