İranda saxlanılan Naxçıvan sakinləri azadlığa buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 21-də Türkiyənin Doğu Bəyazid ərazisi vasitəsilə İrana keçən soydaşlarımız elə həmin gün bu ölkənin Poldəşt şəhərində həbs ediliblər. Vüsal Quliyev və Rövşən Seyidov sonradan Maku şəhərinə aparılaraq orada İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar.
Həmyerlilərimiz avqustun 18-də sərbəst buraxılıblar.
“Dostum Rövşənin çantasında bayrağımız var idi. Təbrizdə həmin bayraqla şəkillər çəkdirirdik. Təbrizdən qayıdarkən Poldəşt şəhərində saxlanıldıq. Bizə dedilər ki, sizi dövlət göndərib. Amma bizi heç bir qurum göndərməmişdi”, – deyə Vüsal Quliyev bildirib.
Vüsalın atası Firudin Quliyev isə deyib ki, oğlunun sərbəst buraxılmasına hələ də inana bilmir. O, bir daha o ölkəyə getməyəcəyini də deyir.
Qeyd edək ki, İran məhkəməsi Vüsal Quliyev barəsində 4 ay, Rövşən Seyidov barəsində isə 6 ay müddətinə həbs qərarı vermişdi. 4 aylıq müddət bitdiyinə görə sərbəst buraxılmalı olan həmvətənlərimiz məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs edilmişdilər. Ancaq avqustun 18-də 5 ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıblar.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
