İrandan təhlükəli meyvə-tərəvəz gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Belə ki, idxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşlarının götürdüyü nümunələrin müayinələri nəticəsində İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru” MMC-yə məxsus 21100 kq portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.
Bildirilib ki, faktlarla bağlı qanunvericiliyə uyğun olaraq karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.
İnsan orqanizmi üçün zərərli olan məhsul Qaradağ Rayon Qızıldaş Poliqonunda məhv edilib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
