İşğaldan azad olunmuş rayonlarda bayram ab-havası hökm sürür - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub.
Bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək sakinlərə unudulmaz anlar yaşadıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə qürur və sevinc hissləri yaşadıb.
Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.
Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.
#Xankəndi teqi istifadə olunub
- İclasda rəqabət qanunvericiliyi və müasir bazar çağırışları müzakirə olunub - Baku TV
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
