İsmayıllıda daha bir kənd qazla təmin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
30 ildən çoxdur mavi yanacağa həsrət qalan kəndə qaz verilib.
Söhbət İsmayıllı rayonunun ucqar yaşayış məskənlərindən biri olan Maçaxı kəndindən gedir. Kəndə illərdir qaz verilmədiyindən sakinlər bir sıra problemlərlə üzləşiblər.
Sakinlər qazın yoxluğunu daha çox qış aylarında hiss etdiklərindən odun sobasından istifadə etmək məcburiyyətində qalırdılar. Hətta həyətlərindəki meyvə ağaclarını da kəsib yandırmalı olublar.
Artıq aprelin 20-də kəndə mavi yanacaq verilib. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Maçaxı kəndində ötən il çəkilişinə başlanılan qaz xətti bu il yekunlaşıb. Daha sonra qaz paylayıcılar və ayırıclar quraşdırılıb, bütün evlər sayğacla təmin olunub.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
