İsmayıllıda vətən uğrunda canını fəda edən oğulların ailələri ziyarət olundu
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı sakinləri Vətənin azadlığı üçün canlarını fəda edən igid oğullarımızın il dönümü qeyd ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, idarə rəhbərləri, şəhid anaları qəhrəman oğullarımızın məzarını ziyarət edib, ailələri ilə görüşüblər.
İlk olaraq rayonun Hacıhətəmli kənd şəhidi Qədim Xəlilovun ailəsinin evi ziyarət olunub. Şəhidimizin əşyalarının sərgiləndiyi otağa baxış keçirilib.
Qəhrəman döyüşçü Qədim Xəlilov ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Rayon rəhbəri daha sonra şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı şəhid Elnur Səmədovun anım günündə iştirak edib. Şəhid Elnur Səmədov 2016-ci ildə aprel döyüşlərində iştirak edib, döyüşlərdən sonra “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Şəhidimiz 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində, daha sonra isə 44 günlük Vətən müharibəsində iştirak edib.
Vətən müharibəsindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Rayonun Maçaxı kəndindən olan şəhid Əşrəf Məmmədlinin evi ziyarət olunub. Rəsmilər şəhidin ailəsi ilə görüşüb, onlara baş sağlığı veriblər.
Xatirəsi anılan daha bir şəhidimiz Cavidan Bədəlovdur. Rayon ictimaiyyəti baş leytenantın xatirəsini İsmayıllının Talıstan kəndində şəhidin məzarı başında yad ediblər.
Şəhidimiz Vətən müharibəsindən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
