Pleyeri seçin:

İşxanyan və Babayanın istintaqa verdiyi gözlənilməz cavablar - Baku TV

05 iyul 2026 388 baxış

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılan Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib.

Məhkəmədə bildirilib ki, təqsirləndirilən Davit İşxanyanın yazılı qeydləri qanunvericiliyin tələblərinə uyğun tərcümə olunaraq iş materiallarına əlavə edilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Cinayət-Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə istinad edərək vurğulayıblar ki, məhkəmə iclası protokoluna verilmiş qeydlər araşdırılmalı, əsaslı hesab olunarsa, təsdiqlənməli, əks halda isə rədd edilməlidir. Onlar məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul etməyi xahiş ediblər. Zərərçəkmiş şəxslərin nümayəndələri də ittiham tərəfinin mövqeyini dəstəkləyiblər.

Daha sonra təqsirləndirilən Levon Mnatsakanyan vəsatət vermək istədiyini bildirib. Məhkəməyə sədrlik edən hakim ona bunun üçün müvafiq imkan yaradılacağını deyib.

Ardınca Davit İşxanyan qəbul olunmuş qərara görə təşəkkür edib və əvvəlki mövqeyini təkrarlayaraq özünü təqsirli bilmədiyini bildirib.

David Babayanın müdafiəçisi çıxışında apellyasiya şikayətinin əsaslı olduğunu vurğulayaraq hökmün ləğv edilməsini və müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. David Babayan da ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 7-də keçiriləcək.

Banner
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 388 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 388 baxış
Seçilmişlər
icon