Pleyeri seçin:
İtkin düşən şəhid Ağdamda son mənzilə yola salındı | Dəfndən görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyən olunan Zahid Nağıyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.
Ağdamın Qaradağlı kənd qəbiristanlığında şəhidlə vida mərasimi keçirilib.
“Mən fəxr edirəm ki, əmim Vətən uğrunda şəhid olub. 30 ildir itkin düşmüşdü, bu gün nəşi tapılıb. Öz elində, obasında dəfn olunub”, –şəhidin qardaşı oğlu deyib.
Qeyd edək ki, Zahid Nağıyev Birinci Qarabağ müharibəsində Füzuli və Ağdam istiqamətlərində vuruşub. 1994-cü ilin aprelin 18-də Ağdamın Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra hərbçinin Ağdamın Xındırıstan kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu məlum olub.
Kopyalandı
#Birinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- Birinci Qarabağ müharibəsinin şəhidlərinin nəşi torpağa tapşırıldı - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
