Pleyeri seçin:
İtkin şəhidin ailəsinin gözü yollardadır | İstəyirəm ki, oğlumun adı əbədiləşdirilsin
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV İkinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Elnur Qədirlinin evindən reportaj hazırlayıb.
Elnur Qədirli Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatları zamanı itkin düşüb. Uzunmüddətli axtarışlar nəticə vermədiyindən ona şəhid statusu verilib.
Şəhidin anası Gülxar Abdullayeva oğlunun tapılmasını arzu edir:
“Şəhid analarına həmişə deyirəm ki, ağlamayın. Sizin balanız yanınızdadır, darıxanda məzarına gedirsiniz. Mən hara gedim, harada ağlayım?! 4 ildir oğlumun şəkilləri ilə yaşayıram”.
G.Abdullayeva oğlunun adını daşıyan məktəb və ya küçə olmasını istəyir: “Oğlumun adı əbədiləşdirilsin, ürəyim bir az sakitləşsin”.
Kopyalandı
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- "İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Qələbə qazanmaq və sülhə nail olmaq | Azərbaycanın nümunəvi yolu - Baku TV
- İlham Əliyev: "Biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik" - Baku TV
- Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV
