Kəlbəcər və Ağdam atəşə tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 2-si saat 12:25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
