Pleyeri seçin:
Kəlbəcər və Daşkəsən atəşə tutuldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər və Daşkəsəndəki mövqelərimiz atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərindəki mövqelərindən Ordumuzun Kəlbəcərin Zəylik və Daşkəsənin Astaf yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
“Qeyd olunan istiqamətlərdəki bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Kopyalandı
#Kəlbəcər teqi istifadə olunub
- Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV
- Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV
- Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV
- Kəlbəcərdə əmək bazarında yeni mərhələ | İş axtaranlar üçün yeni imkanlar - Baku TV
- Kəlbəcərdə mina partladı | Yaralının vəziyyəti açıqlandı - ANA XƏBƏR
