Kəndimizə nə bələdiyyə baxır, nə də... | Sakinləri özündən çıxaran problemlər
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllının girişində yerləşən, rayonun ilk kəndi olan Bizlanın sakinləri uzun illərdir ki, yol və su problemindən əziyyət çəkirlər.
Kənd sakinlərinin sözlərinə görə, magistral yoldan təxminən bir kilometr kəndin içinə gedən yol illərdir ki, baxımsızdır, aidiyyəti qurumlara üz tutsalar da, müraciətləri faydasız olub.
“Kəndimizə baxan yoxdur. Yollar bərbad haldadır, işıqlandırma yoxdur. İcra Hakimiyyətinə müraciət edəndə deyirlər ki, bu kəndə vergi vermədiyi üçün asfalt çəkilmir. Amma başqa kəndlərin yolu asfaltlıdır”, − deyə sakin söyləyib.
Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə üz tutsa da, mövcud problemlərlə bağlı bələdiyyələrə və digər müvafiq qurumlara müraciət etmək lazım olduğu bildirilib.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
