Kiyevin müdafiəsində iştirak edən azərbaycanlı mükafatlandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin fevralın 24-dən Ukraynada davam edən genişmiqyaslı müharibə zamanı paytaxt Kiyev bir aydan çox mühasirədə olub.
Həmin dövrdə şəhərin müdafiəsini demək olar ki, könüllülər təşkil etmişdi. Onların arasında soydaşlarımız da az olmayıb.
Kiyevin müdafiəsində duran həmyerlilərimizdən biri – əslən Azərbaycanın Zaqatala rayonundan olan Şamxal Quliyevdir. O, Kiyev hərbi administrasiyası tərəfindən “Kiyevin müdafiəsinə görə” medalı ilə təltif edilib. Şamxal bu mükafata layiq görülən ilk azərbaycanlıdır.
Qeyd edək ki, Ş.Quliyev əsasən humanitar yardımların çatdırılmasında aktivlik nümayiş etdirib. Belə ki, o, ötən il Kiyev mühasirədə olan zaman və Rusiyanın qəfil hücumu ilə əlaqədar iaşə obyektlərinin fəaliyyətinin dayandığı zaman əhaliyə və özünü müdafiə hissələrinə yardımların intensiv çatdırılmasını təmin edib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
