Pleyeri seçin:

Köhnə nömrələr şəxsi məlumatlarınızı necə təhlükəyə atır? - Baku TV

14 sentyabr 2026 13 baxış

Mobil nömrələrin uzun müddət istifadəsiz qalması onların bağlanmasına və daha sonra yenidən satışa çıxarılmasına səbəb ola bilər. Bu isə həmin nömrə ilə müxtəlif rəqəmsal platformalarda hesab yaratmış şəxslər üçün təhlükə yaradır.

Ölkədə fəaliyyət göstərən mobil operatorların məlumatına görə, fakturalı xətt üzrə abonent 120 gün ərzində ödəniş etmədikdə nömrə “müddəti bitmiş nömrə” statusuna keçirilir və ikitərəfli bağlanır. Bundan sonra 90 gün ərzində nömrə abonentin adına bərpa edilməzsə, onun yenidən satışa çıxarılması mümkündür.

Mütəxəssislər bildirirlər ki, əsas risk nömrənin yeni abonentə verilməsindən sonra yaranır. Çünki insanlar illər ərzində mobil nömrələri ilə sosial şəbəkə, elektron poçt, bank və maliyyə tətbiqləri, elektron hökumət xidmətləri, mesajlaşma və onlayn alış-veriş platformalarında çoxsaylı hesablar yaradırlar. Bir çox platformada telefon nömrəsindən giriş təsdiqi, şifrə sıfırlama və ya iki mərhələli doğrulama üçün istifadə olunur. Köhnə nömrə başqa şəxsə verildikdə isə həmin şəxs SMS vasitəsilə göndərilən təsdiq kodlarını əldə edə bilər. Bu da bəzi hallarda hesabların ələ keçirilməsi riskini yaradır.

Mütəxəssislər tövsiyə edirlər ki, mobil nömrə dəyişdirilməzdən və ya istifadədən çıxarılmadan əvvəl həmin nömrə bütün rəqəmsal hesablardan silinsin və yenisi ilə əvəzlənsin.

Kopyalandı
Bakı məktəblərində 29 mindən çox müəllim dərs deyəcək - Baku TV CANLI

Bakı məktəblərində 29 mindən çox müəllim dərs deyəcək - Baku TV CANLI

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
Yol polisindən məktəb başlamazdan əvvəl valideynlərə xəbərdarlıq - Baku TV

Yol polisindən məktəb başlamazdan əvvəl valideynlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub - Baku TV

“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub - Baku TV

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
İllərin yol problemini sakinlər məcbur qalıb özləri həll edir - Baku TV

İllərin yol problemini sakinlər məcbur qalıb özləri həll edir - Baku TV

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
“Hadisə “İçərişəhər”in girişində oldu” | Metropoliten rəsmisi səbəbi açıqladı - Baku TV

“Hadisə “İçərişəhər”in girişində oldu” | Metropoliten rəsmisi səbəbi açıqladı - Baku TV

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
“Hamısını öz adına keçirdi” | MTK ilə sakinlər üz-üzə | Ümumi əmlak necə özəlləşdirilib? - Baku TV

“Hamısını öz adına keçirdi” | MTK ilə sakinlər üz-üzə | Ümumi əmlak necə özəlləşdirilib? - Baku TV

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
Milçəklər qidaya hansı təhlükəli mikrobları daşıya bilər?

Milçəklər qidaya hansı təhlükəli mikrobları daşıya bilər?

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
Bakı metrosunda qatarların hərəkətində problem yarandı | Sərnişinlər yolda qaldı - Baku TV CANLI

Bakı metrosunda qatarların hərəkətində problem yarandı | Sərnişinlər yolda qaldı - Baku TV CANLI

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
Valideynlərə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm çağırış edildi - Baku TV CANLI

Valideynlərə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm çağırış edildi - Baku TV CANLI

Cəmiyyət
14 sentyabr 2026 13 baxış
Vaxtı keçmiş dərmanlar, lisenziyasız klinikalar - Səhiyyədə nə baş verir? - XÜLASƏ

Vaxtı keçmiş dərmanlar, lisenziyasız klinikalar - Səhiyyədə nə baş verir? - XÜLASƏ

Cəmiyyət
13 sentyabr 2026 13 baxış
Seçilmişlər
icon