Kolbasalar haqqında dəhşətli faktlar üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil.
Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur.
Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar?
Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir:
“Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir. Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır”.
Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır:
“Kolbasanı kəsəndə içindəki əlavə inqredientlər görünməməlidir və boşluqlar olmamalıdır. Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub”.
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
