Pleyeri seçin:

Köməkçisi Surət Hüseynovun ölümündə bilinməyənləri açıqladı

01 avqust 2023 249 baxış

Azərbaycanın keçmiş Baş nazirlərindən biri Surət Hüseynovun ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.

Mərhumun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında S.Hüseynovun tədricən zəhərləndiyini iddia edib.

Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Türkiyədə “taqətdən düşəcək qədər zəifləməyə” başlayıb.

BBC Azərbaycanca İstanbulda səhhəti pisləşən Surət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı “intihar, zəhərlənmə və ya zərbə şübhəsi” olduğu üçün Surət Hüseynovun qeydiyyatı “adli durum” kimi aparılıb.

“Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar” “adli durum” kimi qiymətləndirilir. Avqustun 31-i yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi.

BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət Xəstəxanasına, ordan isə Medipol Meqa Üniversitetinin xəstəxanasına aparılıb.

Türkiyənin “Cümhuriyyət” qəzeti Medipol Meqa Universitetinə istinadən bildirir ki, Surət Hüseynov avqustun 31-i səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib.

Bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Medipol Meqa Universitetinin yaydığı açıqlamada bildirilir ki, Surət Hüseynov əvvəlcə Arnavutköy Dövlət Xəstəxanasına aparılmış, sonra isə üçüncü səviyyədə reanimasiya olan Medipol Meqa Universitetinə gətirilmişdi.

“İlk müayinədə onun huşsuz olduğu, təbii tənəffüs və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”, – “Cümhuriyyət” qəzeti universitetin açıqlamasına istinad edib. “Cümhuriyyət” Surət Hüseynovun nəşinin tibbi ekspertizaya göndərildiyini yazıb.

Banner
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 249 baxış
Seçilmişlər
icon