Pleyeri seçin:

Küçə ticarəti ilə məşğul olanlara alternativ imkanlar təqdim ediləcək - Baku TV

16 may 2026 243 baxış

Ölkəmizdə piyada səkilərində, xüsusilə də metro çıxışları və bazar ətraflarında küçə ticarətinə tez-tez rast gəlinir. Maraqlıdır ki, cəmiyyətdə satışın bu formasına münasibət birmənalı deyil. Belə yerlərdən mütəmadi alış-veriş edənlərlə yanaşı, antisanitar və qeyri-qanuni şəraitə görə küçədən qida və ya digər məhsulları almaqdan imtina edənlər də az deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı bildirib ki, alıcılar hər zaman mal və xidmətlərə tez əlçatanlığın tərəfdarıdırlar və küçə ticarəti əksər hallarda bu tələbatı ödəyir. Lakin ekspert bu sahədə ciddi nizam-intizamın yaradılmasının vacibliyini vurğulayır:

"Mən bir çox xarici ölkələrdə küçə ticarətinin şahidi olmuşam. Lakin həmin ölkələrdə bu prosesi yerli bələdiyyələr təşkil edir. Məsələn, Fransada bələdiyyə tərəfindən müəyyən edilmiş ərazidə saat 12:00-a qədər balıq satışına icazə verilir. Ayrılan vaxt bitdikdən sonra ərazi dərhal təmizlənir və küçə ticarətinə yekun vurulur. Azərbaycanda isə bu proses hələ xaos xarakteri daşıyır, piştaxtalar piyadaların hərəkətini məhdudlaşdırır".

Artıq ölkəmizdə də bu sahədə müvafiq addımların atılması planlaşdırılır. Belə ki, yerli icra hakimiyyəti orqanları küçə ticarəti ilə məşğul olan şəxslər üçün layiqli iş şəraiti yaradacaqlar. Bu bənd Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Qeyd olunub ki, vətəndaşların sosial müdafiə hüquqlarının təmin edilməsi nəzərə alınaraq küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən layiqli iş şəraitinin yaradılması istiqamətində müvafiq işlərin aparılması zəruri hesab edilib. 

İnsan nəsilləri niyə Azıx mağarasına təkrar-təkrar qayıdıblar? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

İnsan nəsilləri niyə Azıx mağarasına təkrar-təkrar qayıdıblar? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Doğum əmsalı niyə aşağı düşüb? | Sosioloqdan açıqlamalar - ANA XƏBƏR

Doğum əmsalı niyə aşağı düşüb? | Sosioloqdan açıqlamalar - ANA XƏBƏR

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV

Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Elm və təhsil nazirindən direktorlara çağırış - Baku TV

Elm və təhsil nazirindən direktorlara çağırış - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Dənizçilərin hədəf seçilməsinə görə kimlər məsuliyyət daşıyır? - Baku TV

Dənizçilərin hədəf seçilməsinə görə kimlər məsuliyyət daşıyır? - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
"Çörəyin qədrini həmişə bilmişəm” | 35 il çörək daşıyan novxanılı ağsaqqalın həyat hekayəsi

"Çörəyin qədrini həmişə bilmişəm” | 35 il çörək daşıyan novxanılı ağsaqqalın həyat hekayəsi

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
"Mən bələdiyyə deyiləm" - Əhali boğaza yığıldı | "Ay qardaş, maşın dağıldı, yolu düzəldin" - Baku TV

"Mən bələdiyyə deyiləm" - Əhali boğaza yığıldı | "Ay qardaş, maşın dağıldı, yolu düzəldin" - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Xətaidə baş verən problem niyə həll olunmur? | Problem nə vaxt aradan qaldırılacaq? - Baku TV

Xətaidə baş verən problem niyə həll olunmur? | Problem nə vaxt aradan qaldırılacaq? - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
"Dini ənənələrimizi əsrlərdir qoruyuruq" | Dağ yəhudilərinin Roş Ha-Şana bayramı - Baku TV

"Dini ənənələrimizi əsrlərdir qoruyuruq" | Dağ yəhudilərinin Roş Ha-Şana bayramı - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Emin Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasından danışdı - Baku TV

Emin Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasından danışdı - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 243 baxış
Seçilmişlər
icon