Pleyeri seçin:

Laçın yolundakı aksiya Bolqarıstan mətbuatında

24 dekabr 2022 247 baxış

Bolqarıstanın bir sıra aparıcı mətbuat orqanları və xəbər portallarında Laçın yolundakı aksiyaya dair geniş məlumatlar yayılıb.

Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilib. Dərc olunan yazılarda Şuşa-Laçın yolunda baş verən etiraz aksiyasının Azərbaycanın ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu qeyd olunub.

Məlumatlarda sülhməramlı kontingentin komandanlığı ilə əldə olunan razılığa baxmayaraq, 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin monitorinq aparmasına maneələr törədildiyi bildirilib. Xüsusən, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd Laçın yolundan hərbi məqsədlər, minaların ötürülməsi və diversant qrupların göndərilməsi üçün sui-istifadə edilməsi diqqətə çatdırılıb. 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğu vurğulanıb.

Təbii sərvətlərin qeyri-qanuni istismarının Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq sənədlərə əsasən yolverilməz olmasına dair məlumatlar dərc olunub. Həmçinin ətraf mühitlə bağlı müvafiq standartlara tamamilə məhəl qoyulmadan təbii sərvətlərin istismar edildiyi, bununla da ekoloji sistemə ciddi və bərpa olunmaz ziyan vurulduğu da bolqar oxucuların diqqətinə çatdırılıb.

Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 247 baxış
Seçilmişlər
icon