Pleyeri seçin:
Laçında içməli və tullantı su sistemləri yenidən qurulur
Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur.
İşğal dövründə şəhərin su təchizatı infrastrukturu dağıdılaraq, istismara yararsız vəziyyətə salınıb. İcra olunan yeni layihə, hazırda bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin içməli su təchizatı və tullantı su sistemlərinə qoşulmasını təmin etməklə, ümumilikdə 18 min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb.
Layihəyə əsasən Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir.
Eyni zamanda quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunur.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- Prezident Qarabağda strateji mövqelərin necə gücləndirildiyini açıqladı - Baku TV
- Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur
- Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV
