“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də hər küçəsində, hər daşında tarix yaşadan qədim şəhərdir. Onun tarixi ilə bağlı elə maraqlı faktlar var ki, hətta bir çox şuşalılar belə bunlardan xəbərsizdir.
Qədim Şuşa bələdçisi Elçin Ağayev şəhərin tarixindən danışarkən qala divarlarının inşasından, qədim adət-ənənələrdən və bu günə qədər gəlib çatan tarixi məkanlardan bəhs edib. Elçin Ağayev Şuşanın qədim qəbiristanlıqlarından birində az bilinən tarixi məqamın olduğunu bildirib.
Onun sözlərinə görə, Yuxarı Gövhər ağa məscidinin yaxınlığındakı kiçik qəbiristanlıqda dəfn olunanların bir qismi 1905-ci il hadisələrinin qurbanlarıdır:
“Bu kiçik qəbiristanlıqda gördüyünüz qəbirlərin üçü vaxtilə Yuxarı Gövhər ağa məscidində xidmət etmiş axundlara aiddir. Yerdə qalan qəbirlər isə 1905-ci ildə erməni-müsəlman qarşıdurmasında həlak olmuş Şuşa bəylərinindir. Bu, çoxlarının, hətta şuşalıların böyük əksəriyyətinin bilmədiyi faktdır”.
Şuşanın tarixi ilə bağlı maraqlı məqamlardan biri də məşhur “Süleymani” rəqsinin yaranma hekayəsidir.
Elçin Ağayevin sözlərinə görə, bu rəqsin yaranması Qarabağ xanı İbrahimxəlil xanın ailəsi ilə bağlıdır:
“İbrahimxəlil xanın səkkizinci oğlunun adı Süleyman olub. Onun dörd yaşı tamam olanda ad günü məclisi keçirilib. Xan musiqiçilərdən xahiş edib ki, oğlunun şərəfinə bir musiqi bəstələsinlər. Özü də həmin musiqinin sədaları altında oynamaq istəyib. Məşhur “Süleymani” rəqsi məhz belə bəstələnib”.
#Şuşa teqi istifadə olunub
- Şuşaya xəritədə olmayan yolla: Zəfərin hərbi xronikası - QARABAĞ XRONİKASI
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi - Baku TV
- Zəfər Günündə media nümayəndələrinin mediaturu təşkil olunub - Baku TV
