Pleyeri seçin:

"Özü ağır yaralı olsa da, dedi..." | Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı

08 noyabr 2026

“Aydın tarix” verilişinin yeni buraxılışında Vətən müharibəsi iştirakçısı, polkovnik Rəşad Aslanov Şuşanın azad edilməsi və Zəfər Günü ilə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, 8 Noyabr – Zəfər Günü deyildikdə ilk növbədə şəhidlərimiz, Şuşa şəhərinin silueti və onun üzərində dalğalanan üçrəngli bayrağımız göz önünə gəlir.

Polkovnik əsgərlərin nümayiş etdirdiyi yüksək döyüş ruhundan danışarkən yaddaşında iz qoyan hadisələrdən birini xatırlayıb:

“Döyüşlər vaxtı yanımda olan bir əsgər qarın nahiyəsindən güllə yarası aldı. Həyatı üçün təhlükə yox idi, ölümcül yara deyildi. Uzanıb kəlmeyi-şəhadət oxuyur və gülürdü. Soruşdum ki, nə edirsən? Dedi ki, sevinirəm, şəhid olacağam. Onların bir qayəsi var idi: ya şəhid olacaqdılar, ya da qazi”.

Rəşad Aslanov həmçinin Şuşanın girişindəki ermənicə yazının üzərindən Azərbaycan bayrağını necə asdığı barədə də danışıb:

“Müharibədən əvvəl sosial şəbəkələrdə Şuşa şəhərinin girişində onların öz dillərində yazdıqları yazını görəndə özümə və döyüş yoldaşlarıma söz vermişdim ki, oraya çatsam, bayrağımızı həmin yazının üzərindən asacağam. Şuşaya çatanda döyüş yoldaşlarım məni mühafizə etdilər. Düşmən artilleriyası ətrafa mərmilər yağdırsa da, qalxıb gözəl üçrəngli bayrağımızı həmin yazının üzərindən asdım. O qədər böyük qürur hissi keçirirdik ki, atışmanı və düşmən mərmilərini heç hiss etmirdik”.

Banner
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026
"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

Cəmiyyət
09 noyabr 2026
"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

Cəmiyyət
09 noyabr 2026
Şəhidlərin xatirəsi Hərbi Memorial Məzar­lıqda dərin ehtiramla yad olundu - Baku TV

Şəhidlərin xatirəsi Hərbi Memorial Məzar­lıqda dərin ehtiramla yad olundu - Baku TV

Cəmiyyət
09 noyabr 2026
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu - Baku TV

Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu - Baku TV

Cəmiyyət
08 noyabr 2026
“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

Cəmiyyət
08 noyabr 2026
Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Cəmiyyət
08 noyabr 2026
Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Cəmiyyət
08 noyabr 2026
İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

Cəmiyyət
08 noyabr 2026
“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

Cəmiyyət
08 noyabr 2026
Seçilmişlər
icon