Pleyeri seçin:
Laçının Sus kəndindəki yeni evlərin görüntüsü | Başqa nələr tikildi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tezliklə Laçın rayonunun Sus kəndinə 20 ailənin köçürülməsi gözlənilir.
Bu barədə “Report” xəbər verir.
Bildirilib ki, hazırda Sus kəndində 59 fərdi ev tam hazır vəziyyətdədir. Həmçinin kənddə tam orta məktəb və bağça hazırdır. Kəndin məktəbi 15 sentyabr tarixində ilk şagirdlərini qarşılaya biləcək.
Məlumata görə, Sus kəndində 1 ticarət mərkəzi, 1 ərzaq mağazası tikilib, qəsəbə boyu park salınıb. Bununla yanaşı, Sus kəndində bir 630 kilovatlıq kompleks transformator qurulub.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma keçirilib. Ailə tərkibinə uyğun olaraq onlar 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı olmaqla fərdi evlərə köçürüləcəklər.
Kopyalandı
#Laçın rayonu teqi istifadə olunub
- Sakinlərdən nümunəvi təşəbbüs | Laçında qəhrəman oğulların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Azərbaycan Alban-Udi Dini İcmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər - Baku TV
- Özünüməşğulluq proqramına cəlb edilən laçınlılar təəssüratlarını bölüşdü - Baku TV
- Laçının kənd sakini gözləmədiyi mənzərə ilə qarşılaşdı | Qurumlar təcili hərəkətə keçdi
- "Latifa" Laçın tikiş fabrikinin fəaliyyəti
