Lavrov Laçın yolu ilə bağlı razılaşmadan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”.
Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Rusiya XİN rəhbəri vurğulayıb ki, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır:
“Təbii ki, orada ayrıca qeyd olunub ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Hazırda hərbçilərimiz bu məlumatları araşdırır”.
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
