Lənkəranda uşaq evində böyüyən dostlar hərbi xidmətə yola salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Valideyn himayəsindən məhrum olan və uşaq evində boya-başa çatan iki dost – Əmrah və Namiq hərbi xidmətə yola salınıb.
12 ildir uşaq evində yaşayan Əmrah Fəttayev hərbi xidmətə yollandığı üçün qürur hissi duyduğunu deyib: “Artıq 18 yaşım tamam olub. Vətənimi, torpağımı qorumağa gedirəm”.
Namiq Zeynalov isə 8 ildir uşaq evində yaşadığını bildirib: “Bu müddət ərzində uşaq evi işçilərindən ana qayğısı görmüşəm. Komandirimin əmrlərini və tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışacağam”.
Qeyd edək ki, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evində çağırışçılar üçün tədbir keçirilib. Əmrahla Namiqi yola salmaq üçün valideynləri qədər doğma olan müəllimləri, qazilər və şəhid ailələri bir araya gəliblər.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
